Şərtlər və tələblər

 
MÜNDƏRİCAT

1. Ümumi şərtlər

2. Sifarişçinin istifadə qaydaları 

3. Daşıyıcının istifadə qaydaları

4. Ödəmə şərtləri haqqında tələblər

5. Məxfilik siyasəti


Termin anlayışları

DAŞIYICI - Nəqliyyat vasitələrinin sürücüləri və ya sahibləri

SİFARİŞÇİ - Şərnişinlər və ya yük sahibləri

PLATFORMA - www.ride.az 

ADMİNSTRASİYA - NS Line MMC-nin idarəsinə səlahiyyətli şəxs və ya şəxslər

ŞƏXSİ MƏLUMATLAR – müəyyən fiziki şəxsə (şəxsi məlumat subyektinə) birbaşa və ya bilavasitə aid olan istənilən informasiyadır

 


1.Ümumi şərtlər

 

Sizə təqdim olunan bu platforma sərnişin və yük daşımalarında iştirak edən müvafiq nəqliyyat vasitələrinin sürücüləri və ya sahibləri (bundan sonra - daşıyıcı) ilə sərnişinlər və ya yük sahibləri (bundan sonra - sifarişçilər) arasında əlaqə yaradılmasına xidmət edən platformadır.

Platformadan aşağıdakı şərtlərlə istifadə edilməlidir:

1.1 Platformadan istifadə edən daşıyıcılar və müştərilər sistemin tələb etdiyi məlumatları daxil etməklə qeydiyyatdan keçməlidirlər. Həmin məlumatlardan hər hansı biri dəyişdikdə müvafiq şəxs uyğun dəyişikliyi etməlidir.

1.2 Qeydiyyat üçün daxil edilən məlumatların konfidensiallığının təmin edilməsinə platformanın inzibatçıları tərəfindən zəmanət verilir. Həmin məlumatlar mövcud qanunvericiliyə uyğun olaraq yalnız buna səlahiyyəti olan dövlət orqanlarının sorğusu əsasında onlara verilə bilər.

1.3 Qeydiyyatdan keçmiş eyni bir şəxs həm daşıyıcı, həm də sifarişçi qismində platformadan istifadə edə bilər.

1.4 Müvafiq olaraq sifariş qəbul etmək və ya sifariş vermək üçün platformada məlumat yerləşdirilməsini hər bir daşıyıcı və ya sifarişçi sərbəst şəkildə həyata keçirir.

1.5 Daşıyıcı və sifarişçi arasında baş verən mübahisəyə, sifarişin icrası zamanı tərəflərin əmlakına, həyat və sağlamlığına dəyən ziyana, onun məruz qaldığı hər hansı mənəvi zərərə görə platforma məsuliyyət daşımır.

1.6 Platformada qeydiyyatdan keçmiş daşıyıcı və ya sifarişçi özü haqqında hansı məlumatların açıq, hansı məlumatların isə konfidensial olmasını müəyyən edə bilər.

1.7 Platforma daşıyıcı və sifarişçi arasında xidmətin mahiyyətinə, qiymətlərinə, ödənilməsi şərtlərinə və başqa bu kimi təşkilati, texniki və kommersiya məsələlərinə müdaxilə etmir və buna görə hər hansı məsuliyyət daşımır.

1.8 Platformanın istifadəçilərindən ciddi və əsaslı şikayətlər daxil olduqda müvafiq daşıyıcının və ya sifarişçinin platformadan istifadəsi qadağan edilə bilər (yəni bloklana bilər).

 


2. Sifarişçinin istifadə qaydaları

 

2.1 Platformaya qoşularaq fəaliyyət göstərən sifarişçi aşağıdakı vəzifələri yerinə yetirməlidir:

2.1.1 Müvafiq daşımalara ehtiyac olduqda öz sifariş detallarını platforma tələblərinə uyğun qaydada yerləşdirməlidir.

2.1.2 Sərnişin qismində sifariş verərkən olduğu və gedəcəyi yerləri, habelə hərəkət vaxtı əhəmiyyət daşıyacaq digər məqamları dəqiq göstərməlidir.

2.1.3 Yük daşımaları üçün sifariş verdikdə yükün olduğu və aparılacağı yerləri, onun miqdarını (həcmini, kütləsini), daşımalar üçün əhəmiyyət daşıyan digər xarakterik əlamətlərini aydın şəkildə göstərməlidir.

2.1.4 Beynəlxalq daşımalar üçün sifariş verdikdə tələb olunan miqrasiya və gömrük və yük sənədlərinə malik olmalıdır.

2.1.5 Sərnişin və ya yük sahibi qismində yol hərəkətinin və müvafiq daşımaların bütün qaydalarına riayət etməlidir.

2.2 Sifarişçi daşıyıcı ilə rəftar zamanı qanunvericiliyin bütün tələblərinə ciddi riayət etməli, verdiyi sifarişin haqqını müqavilə və ya razılaşma şərtlərinə uyğun olaraq ödəməlidir.

2.3 Sifarişçi yalan sifariş verdiyinə, razılaşma və ya müqavilə şərtlərini pozduğuna, başqa hüquq pozuntularına yol verdiyinə görə onun barəsində əsaslı şikayətlər olarsa, belə sifarişçinin platformadan istifadəsi qadağan edilə bilər (blok edilə bilər).

2.4 Verdiyi sifarişin icrası gedişində sifarişçi qanunvericiliyə uyğun olaraq yalnız daşıyıcı ilə hüquq münasibətlərinə malik olur. Onlar arasında yaranan hər hansı hüquq münasibətlərinə, eləcə də baş verən mübahisələrə platforma cəlb edilə bilməz.


3. Daşıyıcının istifadə qaydaları

 

3.1 Platformaya qoşularaq fəaliyyət göstərən daşıyıcı aşağıdakı vəzifələri yerinə yetirməlidir:

3.1.1 Qanunvericiliyə uyğun olaraq “Fərqlənmə nişanı” almalıdır. “Fərqlənmə nişanı”nın alınması qaydaları ilə Platformadakı link vasitəsilə tanış olmaq olar. http://www.e-qanun.az/framework/12159

3.1.2 Müvafiq sifarişin icrası üçün istifadə etdiyi nəqliyyat vasitəsi həmin daşımalar üçün nəzərdə tutulan texniki təchizata malik olmaqla saz vəziyyətdə olmalıdır. 

3.1.3 Beynəlxalq sərnişin və ya yük daşımlarını icra etdikdə belə daşımalar üçün müvafiq icazəyə malik olmalı, gömrük və miqrasiya qanunvericiliyinə riayət etməlidir.

3.2 Platformada qeydiyyatdan keçmiş daşıyıcı sifarişçilərlə rəftar və onlara xidmət göstərilməsi zamanı qanunvericiliyin bütün tələblərinə ciddi riayət etməli, qəbul etdiyi sifarişi ən qısa zamanda müqavilə və ya razılaşma şərtlərinə, yol hərəkəti və hərəkətin təhlükəsizliyi qaydalarına riayət etməklə icra etməlidir. http://www.e-qanun.az/framework/3423 

3.3 Daşıyıcı sərnişin daşınması üçün sifarişi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 141 Saylı Qərarına uyğun olaraq həyata keçirməlidir. Həmin Qərarla platformadakı link vasitəsi ilə tanış olmaq mümkündür. www.e-qanun.az/framework/18414    

3.4 Daşıyıcı yük daşınması üçün sifarişi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 142 Saylı Qərarına uyğun olaraq həyata keçirməlidir. Həmin Qərarla platformadakı link vasitəsi ilə tanış olmaq mümkündür. http://www.e-qanun.az/framework/18722

3.5 Daşıyıcı təhlükəli yüklərin daşınması üçün sifarişi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 Saylı Qərarına uyğun olaraq həyata keçirməlidir. Həmin Qərarla platformadakı link vasitəsi ilə tanış olmaq mümkündür. http://www.e-qanun.az/framework/317  

3.6 Qəbul etdiyi sifarişin icrası gedişində daşıyıcı qanunvericiliyə uyğun olaraq yalnız sifarişçi ilə hüquq münasibətlərinə malik olur. Onlar arasında yaranan hər hansı hüquq münasibətlərinə, eləcə də baş verən mübahisələrə platforma vasitəçi rolunu oynadığından heç bir halda cəlb edilə bilməz.

 


4. Ödəmə haqqında şərtlər və tələblər

 

4. Avtomobil istifadəçiləri (daşıyıcılar) üzrə elan yerləşdirən istifadəçilərin xidmətlərinin daha tez sifariş olunması üçün pullu xidmət növlərindən istifadə etmək hüquqları var. Ödəniş bölməsinə keçib ödəniş həyata keçirdiyiniz zaman heç bir halda Sizin kartınızın gizli məlumatları platformada saxlanılmır. 

4.1 Pullu xidmətlərin (Premium elan) növləri yalnız aşağıdakı formada həyata keçə bilər :

4.1.1 Elanın müəyyən 1-15 gün ərzində;

4.1.2 Elanın müəyyən 1-30 gün ərzində;

4.1.3 Elanın müəyyən 1-45 gün ərzində;

4.2 Yuxarıda qeyd edilən müddətlər ərzində ödənişli xidmətlərin sifarişi qaydası ödəniş səhifəsinə keçməmişdən öncə göstərilir.

4.3 Xidmətlərin ödənişli hissəsindən istifadə edən "daşıyıcı" pul vasitini geri qaytarılması hüququndan istifadə edə bilər. Lakin pul vasitələrinin qaytarılmasında qaytarılma və ya imtina haqqında qərar birtərəfli qayda ilə Administrasiya tərəfindən qəbul edilir.

4.4 Administrasiya pul vasitələrinin "daşıyıcı"-ya qaytarılmamasında imtina etməkdə bu hallarda haqlıdır.

4.4.1 Daşıyıcı hazırkı Razılaşmanın şərtlərini qəbul edərək ödəniş edir və sonradan qərarını dəyişmək fikrinə gəlir;

4.4.2 Əgər xidmət aktivləşdirilmişdir və saytda elan muvafiq olaraq yerləşdirilmişdirsə;

4.5 Administasiya pul vəsaitlərinin daşıyıcıya aşağıdakı hallarda geri qaytara bilər;

4.5.1 Əgər elan moderasiyadan sonra müəyyən səbəblərə görə silinir;

4.5.2 Daşıyıcı qadağan edilmiş mallar, xidmətlər və təkliflər haqqında elan yerləşdirərkən;

4.5.3 Ödəmə sistemində hər hansı nasazlıqların yaranması halında. Pul vasitələrinin bu halda qaytarılması araşdırılır və məsələ fərdi qaydada həll edilir.

4.6 Digər hallarda pul vəsaitlərinin qaytarılması Admistrasiya qərarından sonra qaytarıla bilər.

 


5. Məxfilik siyasəti

 ​

5. Şəxsi məlumatlara tətbiq edilən bu Məxfilik siyasəti (bundan sonra - Məxfilik siyasəti) www.ride.az domenindən istifadə zamanı istifadəçilərdən əldə edilən bütün məlumatlara şamil edilir. 

​5.1 İstifadəçi platformadan istifadə etməklə onun bu Məxfilik siyasəti və İstifadəçinin şəxsi məlumatlarının emalı şərtləri ilə razı olduğunu bildirir.

5.1.1 Ödəniş bölməsinə keçib ödəniş həyata keçirdiyiniz zaman heç bir halda Sizin kartınızın gizli məlumatları platformada saxlanılmır. 

5.1.2 Bu məlumatlar platforma adminstrasiyası tərəfindən heç bir üçüncü tərəf ilə paylaşılmır. 

5.1.3 Qeydiyyat üçün daxil edilən məlumatların konfidensiallığının təmin edilməsinə platformanın inzibatçıları tərəfindən zəmanət verilir. Həmin məlumatlar mövcud qanunvericiliyə uyğun olaraq yalnız buna səlahiyyəti olan dövlət orqanlarının sorğusu əsasında onlara verilə bilər.

5.2 Məxfilik siyasətinin şərtləri ilə razılaşmayan istifadəçilər platformadan istifadəni dayandırmalıdır.

5.3 Məxfilik siyasəti çərçivəsində emala icazə verilmiş şəxsi məlumatlar  istifadəçi tərəfindən platformada qeydiyyat forması doldurularkən, verilir və aşağıdakılardan ibarətdir:

5.3.1 İstifadəçinin mobil nömrəsi; 

5.3.2 İstifadəçinin adı, soyadı; 

5.3.4 İstifadəçinin cinsi; 

5.3.3 İstifadəçinin təvəllüdü; 

5.3.4 Elektron poçt ünvanı (e-mail);

5.3.5 İstifadəçinin avtomobilin dövlət qeydiyyat nişanı (DQN); 

5.4 Məxfi şəxsi məlumatların itirilməsi və ya açıqlanması halında platforma adminstrasiyası aşağıdakı hallarda məsuliyyət daşımır:

5.4.1. Əgər məxfi şəxsi məlumat onun itirilməsindən və ya açıqlanmasından əvvəl içtimaətə məlum olubsa; 

5.4.2. Əgər məxfi şəxsi məlumat platformaya qeyd olunmuşdan əvvəl üçüncü şəxslər tərəfindən əldə edilmişdirsə; 

5.4.3. Əgər məxfi şəxsi məlumat İstifadəçinin razılığı ilə açıqlanmışdırsa; 

5.5 Bu Məxfilik siyasətinə və istifadəçilər ilə platforma adminstrasiyası arasında münasibətlərin tənzimlənməsinə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi şamil edilir. 

5.6 Bu Məxfilik siyasəti ilə əlaqəli  bütün təkliflər və suallar ilə bağlı [email protected] ünvanına müraciət edilməlidir.     

 

                                                                                                                                                                              "NS Line" MMC

                                                                                                                                                                                www.ride.az

Yüklənilir......