Ən çox verilən suallar

1. Bu platformanın məqsədi nədir?

İstiqamətlərə uyğun ən uyğun sürücünü Sizə rahat şəkildə göstərə bilir. 

2. Necə qeydiyyatdan keçə bilərəm?

Öz mobil nömrəniz ilə qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatdan sonra Siz SMS vasitəsi ilə şifrə alacaqsınız. Bu şifrə ilə sistemə asanlıqla daxil ola biləcəksiniz.

3. Qeydiyyatdan keçdiyim mobil nömrəni dəyişə bilərəm?

Bəli bu mümkündür. Hesab bölməsində (Düzəliş et) düyməsini sıxdıqdan sonra bu dəyişikliyi edə bilərsiniz.

4. Səyyahət zamanı marşurut dəyişikliyi baş verərsə, Sürücü hansı addımı atmalıdır?

Belə bir hal baş verərsə, müştəri sürücü ilə öz aralarında danışıq apara bilər.

5. Platformada Sürücü ilə müşrilər bir birlərni necə qiymətləndirə bilər?

Sifariş yekunlaşdıqdan sonra tərəflər sifariş bölməsində (Tamamlandı) düyməsini sıxaraq bir birlərini qiymətləndirə bilərlər.

6. Qiymətləndirmə niyə vacibdir?

Xidmət keyfiyyətinin artırılması üçün bu vacibdir. Aşağı qiymətləndirilən tərəflər sistemdən kənarlaşdırılacaqdır.

7. Sürücülük (sərnişindaşıma və yükdaşıma ) fəaliyyəti ilə necə məşqul ola bilərəm?

Azərbaycan Respublikasının Yol hərəkəti haqqında qanuna əsasən bu fəaliyyət növü ilə məşğul olmaq üçün lazımı qurumlardan (DANX və BNA) Ciddi hesabat blankı (fərqlənmə nişanı) əldə etmək lazımdır.

8. Necə sürücü ola bilərəm?

Əsas səhifədə (Sürücü ol) düyməsini sıxaraq lazımi bölmələri doldurduqdan sonra moderator tərəfindən təsdiqləndikdən dərhal sonra sürücü olaraq sistemdə görsənir.

9. Sürücü ən çox nə qədər avtomobil və istiqamət əlavə edə bilər?

Hər bir istifadəçi ən çox 5 avtomobil və 10 istiqamət əlavə edə bilər.

10. Sürücü kimi qeydiyyatdan keçdikdən sonra sistemi sərnişin kimi istifadə edə bilərəm?

Bəli bu mümkündür.

11. Sürücü öz sifarişini başqa sürücüyə yönləndirə bilərmi?

Hal-hazırda bu nəzərdə tutulmamışdır.

12. Sürücü ilə necə əlaqə saxlaya bilərəm?

Sürücü sifarişi qəbul etdikdən sonra tərəflərin mobil nömrləri sifariş bölməsində görsənəcəkdir.

13. Bu xidmətdən istifadə edən sürücü əlavə haqq və ya kommisya ödəməlidirmi?

Bu xidmət üçün əlavə heç bir ödəniş tələb olunmur.

14. Yük avtomobilini doldurmaq və ya boşaldmaq sistemdə göstərilən qiymətə daxildirmi? 

Xeyr, bu qiymətə daxil deyil.  

 

Yüklənilir......