Haqqımızda

"NS Line" şirkəti uzun müddət Azərbaycanın və hüdüdlardan kənarda nəqliyyat sahəsinə aid keyfiyyət və kəmiyyət tədqiqatları aparmışdır. Bu  təcrübəyə əsaslaraq sərnişindaşıma və yükdaşıma fəaliyyətini asan və rahat təşkili üçün bunun digitalaşdırmış və istifadəçilərinə təqdim etmişdir.

www.ride.az Azərbaycan Respublikasında fərdi nəqliyyat xidmətinin inkişafı ilə bağlı olan bir layihədir. Bu nədir?

Qanun çərçivəsində bu platforma vasitəsi ilə sürücülər öz avtomobilləri ilə rahat şəkildə sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul ola və şəxsi bizneslərini qısa zamanda inkişaf etdirə biləcəklər. Platforma dörd kateqoriya üzrə axtarış təklif edir. Bunlar avtomobil (sedan, SUV, 4x4 və.s ), miniven, avtobusyük maşınları siyahısıdır.

Qısaca olaraq, sürücülər bu xidmət üçün heç bir əlavə haqq və ya kommisya ödəmədən bu xidmətin üstünlüyündən yararlanaraq müştəri qazanırlar. Belə ki, müştərilər və sürücülər bu platforma vasitəsi ilə öz vaxtlarına çox qənaət etmiş olur, habelə istifadə edəcəyi nəqliyyat vasitəsi ilə qabaqcadan tez və rahat şəkildə tanış olurlar. Platforma çox aydın şəkildə istifadə olunur və istifadəçilər bunu sadə keçidlər ilə ödənişsiz qeydiyyatdan keçərək (bu həmişə belə qalacaqdır) rahat şəkildə istifadə edə bilirlər. Heç bir halda www.ride.az agentlik xidməti göstərmir!

Platforma qeydiyyatdan keçən sürücüyə öz avtomobilini müxtəlif müştərilər arasında paylaşma imkanı (carsharing) yaradır. Müştərilər bu xidmət seçimi vasitəsi ilə daha çox çeşid qazanır və uzun məsafələrə daha ucuz büdcə ilə səyyahət etmə imkanı yaradırlar. www.ride.az istifadəçilərə təklif etdiyi xidmət tamamilə pulsuzdur! Biz sadəcə sürücülük fəaliyyəti ilə məşğul olanlar ilə səyyahət etmək istəyənlər arasında rahat şəkildə əlaqəni təmin edirik.

Bu xidmət növünə sürücüsüz avtomobil icarəsi aid deyildir!

www.ride.az Uzaq yerlərin asan yolu!

Yüklənilir......